Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında görüş dekabrın 2-si günortadan sonraya planlaşdırılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, görüş həqiqətən də planlaşdırılıb və qeyd edib ki, Uitkoff özü səfər barədə bundan əvvəl elan edib. Kreml sözçüsünün sözlərinə görə, Rusiya Prezidentinin bugünkü cədvəlində Rusiya-Amerika təmaslarına hazırlıq çərçivəsində qeyri-ictimai müşavirələr də nəzərdə tutulub.
