15 Aİ ölkəsi Ukraynaya dəstəyi öz planlarına daxil edib

A- A A+

Müdafiəsinə investisiya qoymaq üçün SAFE proqramından istifadə edəcək əksər Aİ üzv dövlətləri planlarına Ukraynaya dəstəyi daxil ediblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa Müdafiə Komissarı Andrüs Kubilüs bildirib.

O qeyd edib ki, müdafiə investisiyaları üçün SAFE proqramında maraqlı olan 19 Aİ ölkəsinin hamısı artıq milli müdafiə investisiya planlarını təqdim edib.

Avropa Komissarının sözlərinə görə, on beş üzv dövlət planlarına Ukraynaya dəstəyi daxil edib: “Bu, gözləniləndən çoxdur – söhbət milyonlardan deyil, milyardlardan gedir”.

O əlavə edib ki, bu, Avropa ölkələrinin müdafiə qabiliyyətlərini möhkəmləndirmək və müdafiə-sənaye komplekslərini gücləndirmək üçün həyati vacib bir vasitədir.

Polşa SAFE çərçivəsində cəlb edəcəyi vəsaitlərin bir hissəsini (ümumilikdə 43 milyard avrodan çox) şərq sərhədinin müdafiəsinə yönəldəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: