Gürcüstanda yeni “Vahid Neytral Gürcüstan” partiyası yaradılıb.
NUHÇIXAN xəbər verir ki, dekabrın 1-də partiyanın təsis qurultayı keçirilib. Qurultayda partiyanın nizamnaməsi təsdiqlənib, sədr və digər struktur bölmələrinə seçkilər aparılıb.
Vaxtanq Şakarişvili , Levan Nikoleişvili və Bidzina Giorgobiani Siyasi Şuraya üzv seçiliblər. Vaxtanq Şakarişvili yeni zamanda partiyanın icraçı katib seçilib .
Bildirilib ki, cəmiyyətdə milli və ənənəvi dəyərləri qorumaq, daimi neytrallığa malik beynəlxalq səviyyədə tanınmış dövlət statusunu əldə etmək və saxlamaq, Gürcüstanın milli maraqlarına əsaslanan digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığı təmin etmək, Gürcüstanın müstəqilliyini möhkəmləndirmək, ölkənin iqtisadi, sosial və mədəni inkişafına kömək etmək və Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək partiyanın əsas məqsədi olacaq.
Şakarişvili çıxışında bildirib ki, neytrallıq Gürcüstanı ərazi bütövlüyünün bərpasına yaxınlaşdıracaq: "Neytrallıq Gürcüstanın istər Orta Dəhlizdə, istərsə də digər iri ticari-logistika layihələrində rolunu gücləndirəcək, ölkədə uzunmüddətli sabit siyasi mühiti təmin edəcək".
Partiya 2028-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak edəcək.
Qeyd edək ki, “Vahid Neytral Gürcüstan” partiyası bu vaxta qədər ictimai hərəkat olub. Təşkilat ötən ilin iyulunda yaradılıb, hökumətyönlülüyü və anti-qərb mövqeyi ilə tanınır.
