Avropa ölkələrinin prosesə müdaxiləsi olmasaydı, Rusiya və ABŞ Ukraynada davam edən münaqişənin sülh yolu ilə həllinə dair razılığa çoxdan nail ola bilərdilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Nəşrə danışan, adı açıqlanmayan fransalı rəsmi bildirib ki, avropalılar olmasaydı, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının həlli üçün çoxdan razılığa gələrdilər. Onun sözlərinə görə, Vaşinqtonun regionundan uzaqlaşması fonunda Avropa “tək qalıb” və artıq özünə daha çox güvənməlidir.
