Honkonqda çoxmərtəbəli yaşayış kompleksində baş verən güclü yanğından zərərçəkənlərə yardım məqsədilə 400 milyon dollara yaxın ianə yığılıb.
NUHÇIXAN Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, ianələri şirkətlər, təşkilatlar toplayıblar.
Xatırladaq ki, Honkonqda yaşayış kompleksində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 146 nəfərə yüksəlib, daha 79 nəfər yaralanıb. Kompleksdəki 2000-ə yaxın mənzildə təxminən 4000 sakin yaşayırdı. Yanğına təmir üçün quraşdırılan bambuk ayaqaltıların üzərinə atılan siqaretin səbəb ola biləcəyi ehtimal edilir.
