İsveç qış ərəfəsində Ukraynaya 116 milyon dollar ayırıb

A- A A+

İsveç qış mövsümündə Ukraynanın ehtiyaclarını ödəmək üçün ümumi məbləği 1,1 milyard kron (təxminən 116 milyon dollar) olan yardım paketi ayırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə çərşənbə axşamı günü Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, yeni yardım paketi Ukraynanın enerji təchizatına, infrastrukturun təmir və bərpasına, habelə səhiyyə ehtiyaclarını ödəməyə yönəlib.

Ukrayna mediasının müvafiq dövlət qurumlarına istinadla verdiyi məlumata görə, ölkədə elektrik enerjisinin kəsilməsi 12 saatdan çox davam edir. Qış üçün ehtiyatların olmaması səbəbindən qazın kəsilməsi də gözlənilir və mənzillərdə temperatur 12-14 dərəcədən yuxarı qalxmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: