“SpaceX” Floridada öz kosmodromunu tikməyə başlayıb

A- A A+

“SpaceX” kompaniyası Kanaveral burnunda (Florida ştatı) yerləşən ABŞ Kosmik Qüvvələrinin bazasında özünün "Starship" super ağır Ay raketləri üçün buraxılış kompleksinin tikintisinə başladığını elan edib.

NUHÇIXAN Qərb mediasına istinadla xəbər verir ki, kompleksə Amerikanın “Artemis” Ay proqramının bir hissəsi kimi və milli təhlükəsizlik məqsədləri üçün raket buraxılışı üçün nəzərdə tutulmuş üç buraxılış meydançası daxil ediləcək. Son vaxtlaradək “SpaceX” Aya insanlı missiyalar üçün hazırlanmış kosmik gəmisinin sınaq buraxılışları üçün Texasın cənub-şərqindəki “Starbase” start meydançasından istifadə edirdi.

Təkrar istifadə edilə bilən raket sistemi “Starship” kosmik gəmisindən və “Super Heavy” daşıyıcı raketindən ibarətdir. Hündürlüyü 120 metrdən çox olan bu raket NASA-nın Aya pilotlu missiyalar üçün hazırladığı ağır “Space Launch System” raketindən iki dəfə güclüdür.

“Super Heavy” raketi indiyədək 5-i uğursuz olmaqla, 11 dəfə orbital sınaq uçuşlarına buraxılıb. Ən son uğurlu uçuş oktyabrda baş tutub. Növbəti uçuş isə gələn ilin birinci rübünə planlaşdırılıb.

“SpaceX” kompaniyasının qurucusu İlon Mask “Starship” sistemini pilotlu uçuşlar üçün 2026-cı ilədək sertifikatlaşdırmaq istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: