İndoneziyada meşələrin qırılması dağıdıcı daşqınlara səbəb olub

A- A A+

İndoneziyada mindən çox insanın həyatına son qoyan daşqınlara səbəb təkcə iqlim dəyişikliyi deyil, həm də meşələrin məhv olmasıdır.

NUHÇIXAN xəbər verir ki, bunu ölkədəki ətraf mühit təşkilatları iddia edirlər.

İndoneziya hökuməti, həmçinin bildirib ki, meşələrin məhv olması daşqınları daha da artırır. Ağaclar suyu özünə çəkir və torpağın məsaməliliyini qoruyaraq süngər kimi hərəkət edir.

Meşələrin qırılması çay deltalarında yerləşən şəhərlərə suyun sərbəst axmasını asanlaşdırır. Bundan əlavə, açıq torpaq eroziyaya məruz qalır. Bu isə çay deltalarının tıxanmasına və suyun səviyyəsinin daha da artmasına gətirib çıxarır.

Ötən il İndoneziya əsasən dağ-mədən və kənd təsərrüfatının genişlənməsi səbəbindən 2400 kvadrat kilometr tropik meşəni itirib. Ən çox meşə qırılması daşqınlardan zərər çəkən Sumatra adasında baş verib.

“Associated Press”in məlumatına görə, İndoneziyada daşqın nəticəsində ölənlərin sayı 659-a çatıb, daha 475 nəfər itkin düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: