Avropa İttifaqı (Aİ) Ermənistanla energetika, mobillik və rəqəmsal infrastrukturun inkişafı sahələrində əməkdaşlığı Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə kimi nəzərdən keçirir.
NUHÇIXAN-ın məlumatına görə, bunu Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın iştirak etdiyi mətbuat konfransında bildirib.
O, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərindən danışarkən onların keçirilməsinin daxili sabitlik və islahatların gedişatı üçün həlledici əhəmiyyət daşıyacağını vurğulayıb: "İyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu, daxili sabitlik və islahatlarınız üçün həlledici əhəmiyyətə malik olacaq".
M.Kos dezinformasiya ilə mübarizə və demokratik institutların gücləndirilməsi istiqamətində birgə işin vacibliyini vurğulayıb.
