İstanbul 2027-ci ildə XX Dünya Su Konqresinə ev sahibliyi edə bilər

A- A A+

İstanbulun 2027-ci ildə XX Dünya Su Konqresinə ev sahibliyi etmək üçün müraciəti Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (IWRA) tədbirləri çərçivəsində müzakirə olunan prioritetlərdən biridir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

Türkiyəli nazir xatırladıb ki, Dünya Su Konqresləri 1973-cü ildən bəri keçirilir və bu il tədbirə Mərakeş ev sahibliyi edir. 100-ə qədər ölkədən nümayəndənin qatıldığı Konqres çərçivəsində Türkiyə pavilyonu açılıb, burada iqlim böhranının mənfi təsirlərinin minimuma endirilməsinə dair səylərə diqqət yönəldilir.

İ.Yumaklı İstanbulun namizədliyinin Mərakeşdəki Konqresdə iştirakçılar arasında dəstək tapacağına ümid etdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: