Ukraynanın Baş Qərargahı Pokrovsk, Volçansk və Kupyanskda son vəziyyəti dəyərləndirib

A- A A+

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri cəbhənin çətin bölgələrində, xüsusilə Pokrovsk, Volçansk və Kupyanskda müdafiə əməliyyatlarını davam etdirir. Kremlin bu yaşayış məntəqələrinin rus ordusu tərəfindən “ələ keçirilməsi” ilə bağlı iddiaları yalandır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti “Telegram” səhifəsində məlumat yayıb.

"Ukrayna Müdafiə Qüvvələrinin bölmələri cəbhənin çətin bölgələrində, xüsusilə Pokrovsk, Volçansk və Kupyanskda müdafiə əməliyyatlarını davam etdirir. Kremlin bu yaşayış məntəqələrinin Rusiya ordusu tərəfindən "ələ keçirilməsi" ilə bağlı cəsarətli iddiaları yalandır. Bu, sadəcə olaraq, Kreml rəhbərliyinin “təbliğat"ı beynəlxalq danışıqlar aparan iştirakçılara təsir göstərmək məqsədi ilə növbəti cəhdidir" deyə bəyanatda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: