Türkiyə və Pakistan 5 neft və qaz yatağının kəşfiyyatı üzrə razılığa gəlib

A- A A+

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Pakistanda quruda və dənizdə yerləşən neft və qaz yataqlarının kəşfiyyatı, həmçinin hasilatı üzrə sazişin imzalandığını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, qərar iki ölkənin rəsmilərinin iştirakı ilə İslamabadda aparılan danışıqların nəticəsində qəbul edilib.

Saziş Türkiyənin TPAO dövlət neft şirkəti ilə Pakistanın enerji şirkətləri olan “Mari Energies”, “Fatima”, OGDCL, PPL, “Prime” və GHPL ilə birlikdə Pakistanda beş perspektivli yatağın kəşfiyyatı və işlənməsi üzrə fəaliyyətini nəzərdə tutur. Bu yataqlardan üçü Pakistan İslam Respublikasının dəniz zonasındadır.

A. Bayraktar bildirib ki, gələcəkdə Türkiyənin TPAO şirkəti Pakistanın dəniz yataqlarından birinin operatoru qismində çıxış edəcək.

“Artıq gələn il Türkiyə seysmik kəşfiyyat məqsədilə Pakistan sahillərinə gəmilər göndərəcək. Enerji ehtiyatları üzrə müsbət xəbərlər gözləyirik. Bəzi yataqlarda seysmik kəşfiyyat, digərlərində isə birbaşa qazma aparmağı planlaşdırırıq”, – deyə nazir məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: