Qazaxıstanda 70 milyon dollarlıq kimya zavodunun inşasına başlanılıb

A- A A+

Qazaxıstanın Pavlodar vilayətində alkilat istehsalı zavodunun tikintisinə başlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.

Mərasimdə energetika nazirinin müavini Sanjar Jarkeşov iştirak edib. Layihə Energetika Nazirliyi və Pavlodar vilayətinin akimatının dəstəyi ilə "Intertrans" şirkəti tərəfindən həyata keçirilir.

Qeyd olunub ki, zavod ildə təxminən 100 min ton alkilat istehsal edəcək.

Layihəyə 35 milyard tengədən çox (təxminən 69,3 milyon dollar) sərmayə qoyulacaq.

Müəssisənin istifadəyə verilməsi 2027-ci ilə planlaşdırılıb.

Qeyd edək ki, alkilat - K5 sinifli (Aİ-95/98) ekoloji cəhətdən təmiz benzinlər üçün yüksək oktanlı komponentdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: