Papa XIV Leo: İtaliya Rusiya-Ukrayna münaqişəsinə vasitəçilik edə bilər

A- A A+

İtaliya Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi rolu oynaya bilər.

NUHÇIXAN xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo deyib. “Düşünürəm ki, Ukraynadakı münaqişədə İtaliyanın rolu mədəni və tarixi baxımdan çox vacibdir. Çünki İtaliya Rusiya ilə Ukrayna arasındakı münaqişə də daxil olmaqla, müxtəlif tərəflər arasında münaqişələrdə vasitəçilik etmək qabiliyyətinə malikdir”, - deyə katoliklərin ruhani lideri qeyd edib.

Pontifik bildirib ki, Müqəddəs Taxt-Tac İtaliya ilə birgə işləyərək bu vasitəçiliyi təşviq edə, Ukraynada ədalətli sülhə gətirib çıxaracaq həll yolunu birlikdə axtara bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: