“Airbus” korporasiyası 628 təyyarədə metal örtükləri yoxlamalı olacaq

A- A A+

“Airbus” korporasiyasının A320 tipli təyyarələri üçün istehsal olunan bəzi detallarda “keyfiyyət problemi” aşkar edildiyinə görə bütün dünyada 628 ədəd təyyarə yoxlanıla bilər.

NUHÇIXAN xəbər verir ki, AFP agentliyi bu barədə “Airbus” konserninə istinadla məlumat yayıb. Məlumata görə, göstərilən rəqəm “potensial olaraq təsirlənə biləcək” təyyarələrin ümumi sayıdır və bu, bütün təyyarələrdə problemin olduğu mənasına gəlmir. Eyni zamanda, yoxlamadan keçməli olan təyyarələrdən yalnız 168 ədədi istismardadır, böyük bir qismi isə hələ istehsal mərhələsindədir.

Digər tərəfdən, ötən həftənin sonlarında “Airbus” təyyarələrində baş verən proqram təminatı problemi nəticəsində bütün dünya üzrə bir sıra reyslər təxirə salınıb.

Qeyd edək ki, dekabrın 1-də A320 təyyarələrinin təhvil verilməsində gecikmələrə səbəb olan keyfiyyət problemləri ilə bağlı xəbərlər fonunda “Airbus” korporasiyasının səhmlərinin dəyəri 10 faizdən çox ucuzlaşıb.

Bir müddət öncə verilən məlumata görə, A318, A319, A320 və A321 seriyalarını birləşdirən A320 ailəsi ABŞ-ın “Boeing” korporasiyasının 737 modelini geridə qoyaraq dünyada ən çox satılan təyyarə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: