Serbiyanın neft emalı zavodu ABŞ sanksiyaları səbəbindən istehsalını dayandırıb

A- A A+

Serbiya bazarının böyük hissəsini təchiz edən “Pancevo” neft emalı zavodu ABŞ-ın “Naftna Industrija Srbije” (NIS) şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən istehsalını dayandırıb.

NUHÇIXAN xəbər verir ki, “Naftna Industrija Srbije” şirkətinin idarə etdiyi zavodun xam neft çatışmazlığı səbəbindən istehsal bölmələrinin fəaliyyətini dayandırmağa başladığı bildirilib.

NIS-in məlumatında, şirkətin topladığı ehtiyatlar səbəbindən daxili bazarı fasiləsiz neft məhsulları ilə təmin etməyə davam edəcəyi qeyd olunub.

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq olunan məhdudiyyətlərin bir hissəsi olaraq atılıb. Ötən müddətdə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi ABŞ tərəfinə şirkətə qarşı sanksiyaların təxirə salınması üçün bir neçə dəfə sorğu göndərib. ABŞ NIS-ə qarşı sanksiyaları ümumilikdə 8 dəfə təxirə salıb. Sanksiyalar oktyabrın 9-dan qüvvəyə minib.

Serbiya hökuməti 2008-ci ildə NIS şirkətinin səhmlərinin bir hissəsini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.

Qeyd edək ki, Serbiya tərəfi “Gazprom” və “Gazprom Neft” şirkətlərinin NIS-dəki paylarına yanvarın 15-dək alıcı tapmaq niyyətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: