Ərdoğan və Makron Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

Bu barədə NUHÇIXAN Türkiyənin Kommunikasiya İdarəsinə istinadən məlumat verir.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

"Söhbət zamanı tərəflər Türkiyə və Fransa arasında ikitərəfli münasibətləri, Ukrayna-Rusiya müharibəsini, həmçinin regional və qlobal gündəliyə dair məsələləri müzakirə ediblər. Bundan başqa, Cənubi Qafqaz, Qəzza zolağı və Suriyada mövcud vəziyyət müzakirə edilib", - məlumatda qeyd olunub.

Prezident Ərdoğan Türkiyə və Fransa arasında əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.

"O, həmçinin Türkiyənin Ukrayna-Rusiya müharibəsinin başa çatması, ədalətli və davamlı sülhün bərqərar olması üçün göstərdiyi maksimum səylər barədə məlumat verib. Ərdoğan İstanbul prosesinin bərpası üçün tərəflərlə təmasların davam etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə sülhün mümkün qədər tez bir zamanda əldə olunması üçün əlindən gələni etməyə hazırdır", - məlumatda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: