Çinin korrupsiyaya qarşı mübarizə üzrə keçmiş məmuru 15 il müddətinə azadlıqdan məhrum edilib

A- A A+

Çinin korrupsiyaya qarşı mübarizə üzrə keçmiş baş müfəttişi Li Qan ümumilikdə 102 milyon yuandan (14,44 milyon dollar) çox rüşvət aldığına görə 15 il həbs cəzasına məhkum edilib.

NUHÇIXAN CCTV dövlət televiziyasına istinadən xəbər verir ki, əvvəllər Çin Kommunist Partiyasının Təşkilat şöbəsinin İntizam Təftiş və Nəzarət Qrupuna rəhbərlik etmiş Li, həmçinin altı milyon yuan cərimələnib.

Uhan Aralıq Xalq Məhkəməsindən bildirilib ki, Linin cəzası digər korrupsiya hallarına səbəb olan məlumatlar verdiyi, cinayətlərini etiraf etdiyi, peşman olduğunu bildirdiyi və aldığı vəsaitlərin əksəriyyətini geri qaytardığı üçün yüngülləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: