Qahirə Qəzza sektoru ilə sərhəddə “Rəfah” keçid məntəqəsinin tezliklə açılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Misirin Dövlət İnformasiya Xidməti məlumat yayıb. “İsrailin bəzi media orqanlarında “Rəfah” sərhəd-keçid məntəqəsinin tezliklə açıla biləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Sərhəd keçidinin yenidən açılması ilə bağlı razılıq əldə olunarsa, bu, ABŞ Prezidenti Donald Trampın hazırladığı sülh planında nəzərdə tutulduğu kimi, həm Qəzzadan çıxışlara, həm də girişlərə şamil ediləcək”, - deyə məlumatda bildirilir.
