Türkiyənin Ali Seçki Komissiyası (ASK) martın 31-də bələdiyyə seçkilərinin keçirilməsinə tam hazır olduğunu açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, Komissiyanın sədri Sədi Güvən seçici siyahılarının təsdiqləndiyini, seçki məntəqələrinin səsverməyə hazırlandığını deyib. Komissiya sədri bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində yerləşən 31 vilayətdə səsvermə yerli vaxtla saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.