ABŞ-ın Helsinki Komissiyası hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının dinc aksiya iştirakçılarına qarşı kimyəvi maddələrdən istifadə etməsi barədə xəbərlərlə əlaqədar bəyanat yayıb.
NUHÇIXAN xəbər verir ki, sənəddə belə bir faktın narahatlıq doğurduğu, məsul şəxslərə sanksiyaların tətbiqi barədə çağırışlar əksini tapıb. Bəyanatda bildirilir ki, kimyəvi maddələrin tətbiqi nəticəsində aksiyada iştirak edən şəxslər yanıqlar və uzunmüddətli sağlamlıq fəsadları ilə üzləşib. Bu isə onların sözlərinə görə, Gürcüstan hökumətinin insan hüquqlarına dair beynəlxalq öhdəlikləri kobud şəkildə pozması deməkdir.
ABŞ konqresmenləri Vaşinqton administrasiyasını yayılan hesabatları araşdırmağa və məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırırlar.
