Gürcüstanın dövlət universitetlərinə əcnəbi tələbələrin qəbulu növbəti ildən dayandırılacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze məlumat verib. Nazir deyib: "Bizi təhsil sahəsində islahatlar həyata keçiririk. Bunlardan biri də ali təhsilin keyfiyyətini yaxşılaşdırmaqdır. Bunun üçün Gürcüstan vətəndaşlarına keyfiyyətli təhsilin verilməsinə diqqət yetirməliyik. Ona görə də dövlət ali məktəblərinə Gürcüstan vətəndaşlarından bir neçə dəfə çox təhsil haqqı ödəyən əcnəbilər qəbul edilməyəcək”. Onun sözlərinə görə, hazırda bəzi dövlət universitetlərində təhsil alan əcnəbi vətəndaşlar həmin ali məktəblərdəki tələbələrin təqribən yarısını təşkil edir. Özəl ali məktəblər isə fəaliyyətlərini adi rejimdə davam etdirərək əcnəbi tələbələri qəbul edəcəklər.
Qeyd edək ki, Gürcüstanda 63 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 19-u dövlət universitetidir. 2024-2025-ci tədris ilində Gürcüstan universitetlərində təhsil alan əcnəbilərin sayı 37 min 125 nəfər təşkil edib. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 6 min 424 nəfər çoxdur.
