Media: Avropa İttifaqı “Meta” şirkətinə “WhatsApp”da süni intellektdən istifadə edilməsi üzrə antiinhisar araşdırmasına başlayacaq

A- A A+

Brüsseldə ABŞ-ın “Meta Platforms Inc.” şirkətinə “WhatsApp”a süni intellekt funksiyalarını tətbiq etməsinə görə antiinhisar araşdırması planlaşdırılır.

NUHÇIXAN “Financial Times” qəzetinə istinadən xəbər verir ki, Avropa Komissiyası şirkətin “Meta AI” sistemini bu ilin əvvəlində populyar mesajlaşma tətbiqinə necə inteqrasiya etdiyi ilə bağlı araşdırma başlatmağa hazırlaşır.

“Meta AI”, çatbot və virtual köməkçi 2025-ci ilin mart ayından bəri Avropa bazarlarında “WhatsApp”ın interfeysinə inteqrasiya olunub.

Şirkətdən “Reuters” agentliyinə bildirilib ki, araşdırmanın təfərrüatlarını almayıb və “əsassız” kimi rədd etdiyi əvvəlki, yəni İtaliya araşdırması ilə bağlı “WhatsApp” açıqlamasına istinad edib.

İyul ayında İtaliyanın antiinhisar orqanı “Meta” platformasının “WhatsApp”a süni intellekt alətini inteqrasiya etməklə dominant bazar mövqeyindən sui-istifadə etməsi ilə bağlı ittihamlar üzrə araşdırmaya başlayıb. Noyabr ayında isə araşdırma bu məqsədlə genişləndiriib ki, “Meta” platformasının mesajlaşma tətbiqində rəqib süni intellektlə işləyən çatbotları bloklamaqla dominant mövqeyindən sui-istifadə edib-etmədiyi müəyyənləşdirilsin.

Qəzetin yazdığına görə, komissiyanın yaxın günlərdə araşdırmanın başlanmasını elan etməsi gözlənilir, hərçənd onun vaxtı dəyişə bilər. “Financial Times” bildirir ki, araşdırma hazırda “Amazon”un yoxlanılması üçün istifadə edilən, yeni səhifələrin açılmasını və potensial məhdudiyyətlər üçün “Microsoft”un bulud xidmətlərini tənzimləyən Avropa İttifaqının Rəqəmsal Bazarlar haqqında Qanunu ilə deyil, ənənəvi antiinhisar qaydalarına uyğun aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: