BMT Təhlükəsizlik Şurasının (TŞ) nümayəndə heyəti Bəşər Əsəd rejiminin devrilməsinin ildönümündən bir neçə gün əvvəl Suriyaya ilk səfərini həyata keçirib.
Bu barədə NUHÇIXAN SANA-ya istinadən xəbər verir.
Məlumata görə, nümayəndə heyəti Livan ilə sərhəddə yerləşən Jədeidet-Yabus sərhəd keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olub. Səfər çərçivəsində bir sıra rəsmi şəxslər və Suriya vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər planlaşdırılır.
Həmçinin prezident Əhməd əş-Şəraa ilə danışıqlar gözlənilir. Nümayəndə heyəti Suriyadan sonra həftə sonu Livana səfər edəcək.
