Azərbaycan və Ermənistan normallaşma prosesi və yekun sülh müqaviləsinin bağlanması istiqamətində hərəkət edir.
NUHÇIXAN-ın məlumatına görə, bunu Norveçin xarici işlər naziri Eslen Bart Eyde Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında bildirib.
"Azərbaycan və Ermənistan irəliləmək, həll tapmaq və Vaşinqtonda əldə edilmiş razılaşmanı həyata keçirmək üçün iradə nümayiş etdirir. Biz bunu yalnız alqışlamamalı, həm də onlara dəstək verməliyik", - Norveç XİN başçısı deyib.
Onun sözlərinə görə, bu, ATƏT-in uzun illər ərzində məşğul olduğu məsələlərdən birində konstruktiv irəliləyişə nail olmaq üçün önəmlidir.
