Zelenskinin yeni ofis rəhbəri bu gün təyin olunacaq

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yeni rəhbəri dekabrın 5-də təyin olunacaq.

NUHÇIXAN xəbər verir ki, Ali Radanın deputatı Yaroslav Jeleznyak bu barədə özünün sosial media hesabında yazıb.

Dekabrın 4-də Volodimir Zelenski bəyan edib ki, ofisin yeni rəhbərinin təyin edilməsi ilə bağlı qərar yaxın vaxtlarda veriləcək.

Ukrayna mediasında yayılan məlumata görə, dövlət başçısı bu vəzifəyə altı namizədi nəzərdən keçirir. Onların arasında müdafiə naziri Denis Şmıqal, Baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fyodorov, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Volodimir Zelenskinin ofisinin rəhbərinin müavini Pavlo Palisa da var. Digər iki namizədin adı açıqlanmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: