Edinburq Hava Limanında bütün uçuşlar hava nəqliyyatının idarə olunması sistemi ilə bağlı problemlərə görə dayandırılıb. Sərnişinlər bir neçə saat uçuş-enmə zolağında ilişib qaldıqlarını” bildirirlər.
NUHÇIXAN “Daily Mail”ə istinadən xəbər verir ki, Edinburq Hava Limanının rəsmiləri hazırda uçuşların həyata keçirilmədiyini qeyd ediblər.
Bildirilib ki, mütəxəssislər problemi həll etməyə çalışırlar.
Ləğvetmələr və uzunmüddətli gecikmələr gözlənildiyi üçün sərnişinlərə uçuş məlumatları üçün aviaşirkətləri ilə əlaqə saxlamaları tövsiyə olunur.
