İsrail Prezidenti Səudiyyə Ərəbistanı ilə sülh bağlamaq arzusunda olduğunu bildirib

A- A A+

İsrail Prezidenti İshaq Hersoq Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla sülhü qeyd etmək arzusundadır.

NUHÇIXAN xəbər verir ki, İsrailin dövlət başçısı bu barədə “Newsweek” jurnalına müsahibəsində deyib. İshaq Hersoq İslamın beşiyi ilə yəhudiliyin beşiyinin birlikdə dünyanı dəyişə biləcəyinə inandığını bildirib. Onun sözlərinə görə, Ər-Riyadla sülh həm şəxsən onun üçün, həm də bütün region üçün vacib hadisə olacaq. Dövlət başçısı, həmçinin qeyd edib ki, Yaxın Şərqin gələcəyi müsəlmanlarla yəhudilər arasında dialoqdan asılıdır.

Noyabrın 18-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı vəliəhd şahzadə İsraillə münasibətləri normallaşdırmaq üçün Fələstin dövlətinin yaradılması ilə bağlı zəmanət istəyib.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında İsrail ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə üçtərəfli “İbrahim sazişi” kimi tanınan normallaşma müqaviləsini imzalayıb. Daha sonra Mərakeş və Sudan da bu sazişə qoşulacaqlarını elan edib. Müqavilədən əvvəl İsrail ərəb dövlətləri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələr qurmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: