“Netflix” “Warner Bros”u 72 milyard dollara almağa razılaşıb

A- A A+

“Netflix” “Warner Bros Discovery”nin film və striming bizneslərini 72 milyard dollara almaq barədə razılıq əldə edib.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, uzun müddət davam edən danışıqlardan sonra “Netflix” bu sahədə “Comcast” və “Paramount Skydance” kimi rəqiblərini geridə qoyaraq ən yüksək təklif verən şirkət olub.

“Warner Bros” şirkəti “Harry Potter”, “Game of Thrones” kimi məşhur franşizaların hüquqlarına, həmçinin “HBO Max” striming platformasına malikdir. Saziş ABŞ film və media sənayesində kəskin dəyişikliklərə səbəb olacaq, lakin analitiklər xəbərdarlıq edirlər ki, bu müqavilə rəqabət orqanlarının ciddi yoxlamasına tuş gələ bilər.

Qeyd edək ki, bundan əvvəl “Paramount” şirkəti oktyabr ayında CNN kimi kabel kanallarını da özündə birləşdirən bütün “Warner Bros Discovery”nin satın alınması üçün ilkin təklif vermişdi. “Warner Bros” bu təklifi rədd etdikdən sonra şirkət özünü satışa çıxarmışdı. Müqavilə barədə rəsmi açıqlamadan əvvəl “Hargreaves Lansdown” şirkətinin baş investisiya strateqi Emma Uoll bildirib ki, “Netflix”in bu prosesdə öndə olduğu barədə geniş məlumatlar var, lakin hansı şirkət qalib gəlsə də, ABŞ rəqabət tənzimləyicisinin müdaxiləsi qaçılmaz görünür.

“Bu saziş qlobal səviyyədə yayım və əyləncə sahəsində nəhəng bir güc yaradacaq və tənzimləyicilər bunu mütləq araşdırmaq istəyəcəklər”,- deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: