“Equinor” Şimal dənizində iki yeni qaz və kondensat yatağı kəşf edib

A- A A+

Norveçin neft-qaz istehsalçısı “Equinor” şirkəti Şimal dənizində iki yeni qaz və kondensat yatağı kəşf edib.

NUHÇIXAN şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, bu, “Equinor”un cari il ərzində ən böyük kəşfiyyat nəticəsidir və sözügedən yataqlar mövcud infrastruktur vasitəsilə Avropa bazarı üçün istismara verilə bilər.

İlkin qiymətləndirmələr göstərir ki, rezervuarlarda bərpa oluna bilən neft ekvivalentləri təxminən 5–18 milyon standart kubmetr həcmində ola bilər ki, bu da 30–110 milyon barelə bərabərdir. Kəşflər “Equinor”un operatoru olduğu “Sleipner” yatağı yaxınlığında qeydə alınıb.

Xatırladaq ki, 2024-cü il noyabrın 29-da “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” (ONGC) şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 7,27 faiz qeyri-operator payını və “Bakı-Tbilisi-Ceyhan” (BTC) neft kəmərini idarə edən “BTC Ko.” şirkətindəki 8,71 faizlik payını satmaqla bağlı müqavilə imzalayıb. Norveç şirkəti, həmçinin SOCAR-a “Qarabağ” yatağı layihəsində 50 faiz pay satıb, saziş 2024-cü ilin aprelində tamamlanıb. Şirkət Azərbaycandakı aktivlərinin satışından ümumilikdə 713 milyon dollar əldə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: