ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr dekabrın 6-da davam edəcək

A- A A+

ABŞ Prezidentinin sülh üzrə xüsusi elçisi Stiv Uitkofla Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi general Andrey Qnatovla Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə məsləhətləşmələri davam etdirmək üçün yenidən görüşəcəklər.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Uitkoff sosial şəbəkədəki səhifəsində yazıb.

"Tərəflər müzakirəni davam etdirmək üçün sabah (bu gün – red.) yenidən görüşəcəklər", - paylaşımda deyilir.

O, həmçinin qeyd edib ki, tərəflər Amerika və Rusiya rəsmiləri arasında dekabrın 3-də Moskvada baş tutan görüşün nəticələrini müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: