Macarıstanın Baş naziri Viktor Orbanın Türkiyəyə səfəri başlayıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X"dəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Orban dekabrın 8-də iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
"Çoxdankı dostluğumuz olan Macarıstanla görüş strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - nazir qeyd edib.
