Amerikalı qanunvericilər 2026-cı il üçün müdafiə büdcəsi layihəsini açıqlayıblar.
NUHÇIXAN xəbər verir ki, “The Hill” tərəfindən dərc edilmiş qanun layihəsi milli təhlükəsizlik üçün rekord xərcləri və Ukraynaya 400 milyon dollar yardımın ayrılmasını nəzərdə tutur.
Sənədə əsasən, 2026-cı il üçün müdafiə büdcəsi 901 milyard dollar təşkil edəcək. ABŞ Prezidenti Donald Tramp isə 892,6 milyard dollarlıq büdcə istəyib.
Qanun layihəsi Kiyevə 400 milyon dollar məbləğində hərbi yardım ayrılmasını nəzərdə tutur.
Sənəddə qeyd edilir: “Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün genişləndirilməsi və dəyişdirilməsi 2026-cı maliyyə ili üçün – 400 milyon dollar”.
Qanun layihəsi Çin, Rusiya, İran və Şimali Koreya arasında diplomatik, informasiya, hərbi və iqtisadi sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və miqyasının təsvir olunmasını da nəzərdə tutur.
“The Hill”in məlumatına görə, sənəd üzrə səsvermə bu həftə keçirilə bilər.
