Yanvar-noyabr aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsi 17,5 faiz azalıb

A- A A+

Cari ilin yanvar-noyabr aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsi illik müqayisədə 17,5 faiz azalaraq 514,66 milyard dollar təşkil edib.

NUHÇIXAN xəbər verir ki, ÇXR Baş Gömrük İdarəsinin məlumatına görə, Çin ilk 11 ayda Birləşmiş Ştatlara 385,9 milyard dollar dəyərində mal ixrac edib (18,9 faiz azalma), ABŞ-ın Çinə ixrac həcmi isə 128,76 milyard dollar (13,2 faiz azalma) olub. Nəticədə ÇXR-in müsbət saldosu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq 257,14 milyard dollara enib.

Noyabrda Çin və ABŞ arasında ticarət həcmi oktyabr ayı ilə müqayisədə 2,7 faiz azalaraq 43,84 milyard dollar təşkil edib. ABŞ-a ixrac 3,2 faiz azalaraq 33,79 milyard dollar təşkil etdiyi halda, Birləşmiş Ştatlarda idxal 0,9 faiz artaraq 10,05 milyard dollara yüksəlib.

Çin ABŞ-dan soya, pambıq, qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, kokslaşan kömür və mis idxal edir. ABŞ isə ÇXR-dən smartfonlar, kompüterlər, litium-ion batareyaları, uşaq oyuncaqları, plastik məhsullar, təhlükəsizlik kameraları, məişət texnikası, geyim, ayaqqabı və s. alır.

Qeyd edək ki, 2023-cü ildə Çin və ABŞ arasında ticarət həcmi 11,6 faiz azalaraq 664,45 milyard dollara ensə də, 2024-cü ildə 3,7 faiz artaraq 688,28 milyard dollara yüksəlmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: