ABŞ 2026-2027-ci illərdə Ukraynaya dəstək üçün 800 milyon dollar xərcləyəcək

A- A A+

Dekabrın 7-də ABŞ qanunvericiləri milli təhlükəsizlik və Ukraynaya yardım üçün rekord məbləğdə xərclər nəzərdə tutan müdafiə siyasəti barədə qanun layihəsinin yekun mətnini təqdim ediblər.

NUHÇIXAN “Reuters” agentliyinə istinadən xəbər verir ki, qanun layihəsi 2026-cı maliyyə ili üçün hərbi xərclərə 901 milyard dollar ayırmağı nəzərdə tutur. Bu, ABŞ Prezidenti Donald Trampın bu ilin may ayında açıqladığı rəqəmdən 8 milyard dollar çoxdur.

Sənəddə Ukraynaya yardım da nəzərdə tutulub.

“Qanun layihəsində 2026 və 2027-ci illərdə təhlükəsizlik sahəsində Ukraynaya yardım göstərilməsi təşəbbüsünün maliyyələşdirilməsi üçün ümumilikdə 800 milyon dollar vəsait nəzərdə tutulur”, - deyə “Fox News” yazır.

Bundan əlavə, ABŞ Konqresi Avropa tərəfdaşlarının Kiyevi necə dəstəklədiyini izləmək üçün müttəfiqlərdən Ukraynaya töhfələri barədə daha tez-tez hesabat verməyi tələb edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: