Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ nümayəndələri ilə dialoq barədə məlumatlandırılacaq və sülh planı ilə bağlı sənədlər əldə edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının katibi Rüstəm Umerov öz teleqram kanalında məlumat yayıb.
"Ukrayna hərbi güvvələrinin baş qərargah rəhbəri bir neçə gündür ABŞ-də Prezident Donald Trampın nümayəndələri ilə iş aparır. Ukrayna nümayəndə heyətinin əsas məqsədi Amerika tərəfindən Moskvadaki danışıqlar barəsində məlumatları və aktual təklifləri öyrənmək və onları Ukrayna Prezidenti ilə ətraflı müzakirə etmək olub.", - Umerov yazıb.
O, həmçinin qeyd edib ki, tərəfdaşlarla birgə müharibəni sonlandırmaq üçün əllərindən gələni etməlidilər.
Xatırladaq ki, dekabrın 5-də Ukraynanın heyətinin ABŞ-nin nümayəndələrilə sülh planı ilə bağlı görüşü baş tutub.
