Kaşira (Moskva bölgəsi – red.) administrasiyasının inzibati binasından yanğın səbəbi ilə 400-dən çox insan təxliyə olunub.
NUHÇIXAN Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə fövqəladə xidmətlərin nümayəndəsi bildirib.
"10:40-da yanğın söndürülüb", - nümayəndə qeyd edib.
Yanğının söndürülməsinə 24 nəfər və 7 texnika cəlb olunub.
Məlumata görə, yanğına ilkin səbəb kimi naqil qısaqapanması göstərilir.
