Türkiyənin "Pegasus Airlines" aviaşirkəti Çexiyanın "Czech Airlines" aviaşirkəti və onun törəməsi olan "Smartwings" şirkətini 154 milyon avroya alacaq.
NUHÇIXAN "Pegasus"un məlumatına istinadən xəbər verir ki, sövdələşmə haqqında Türkiyə şirkəti elan edib və hər iki brendin saxlanılacağını qeyd edib.
Sövdələşmə Çexiya aviadaşıyıcılarının debitor borclarının ödənilməsini nəzərdə tutur, alış prosesi lazımi hüquqi icazələrin alınması və təhvil vermə şərtlərinin yerinə yetirilməsindən sonra tamamlanacaq. Borcun məbləği açıqlanmır.
"Təyyarə parkımızı 14 təyyarədən 127 təyyarəyə qədər artırmaqla bu gün dünyanın ən səmərəli və gəlirli aviaşirkətlərindən birinə çevrilmişik", - məlumatda deyilir.
"Pegasus Airlines" 1990-cı ildə uçuşlara başlayıb və hazırda 114-ü 54 ölkədə olmaqla 153 istiqamətə uçuşlar həyata keçirir.
