Niderland Ukraynaya 700 milyon avro hərbi yardım ayıracaq

A- A A+

Niderland hökuməti yaxın vaxtlarda Ukraynaya əlavə hərbi yardım üçün 700 milyon avro ayırmaq niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Niderlandın maliyyə, müdafiə və xarici işlər nazirlərinin səlahiyyətlərini icra edən İlko Haynen, Ruben Brekelmans və David van Vilan tərəfindən parlamentə göndərilən məktubda deyilir.

Həmin qərar parlamentin ən böyük müxalifət fraksiyası olan Yaşıl Sol və Əmək Partiyasının Kiyevə dəstək üçün 2026-cı ilədək əlavə 2 milyard avro ayrılmasını nəzərdə tutan planının həyata keçirilməsi istiqamətində atılan ilk addımdır.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu vəsaitin 500 milyon avrosu Müdafiə Nazirliyinin büdcəsindən, 200 milyon avrosu isə Xarici İşlər Nazirliyindən götürüləcək.

Qeyd edək ki, hökumətin məlumatına görə, Niderland hər il Ukraynaya təxminən 3,5 milyard avro yardım edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: