Bu il Belarus vizanın ləğvi proqramına daxil olan 38 ölkədən 210 min 730 səyahətçini qəbul edib.
NUHÇIXAN Belarusun Belta informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Komitəsi məlumat yayıb. Bildirilib ki, turistlərin əksəriyyəti qonşu Litva, Latviya və Polşadan gəlib.
2022-ci il aprelin 15-dən bəri ümumilikdə 1 milyon 242 min 466 Avropa sakini Belarusa səfər edib. Belarus Latviyadan 399 min 582, Litvadan 658 min 321 və Polşadan 129 min 829 qonaq qəbul edib. 19 iyul 2024-cü ildə vizadan azadetmə proqramı daha 35 ölkəni əhatə edib. Bu ölkələrin ümumilikdə 54 min 734 vətəndaşı Belarusa səfər edib.
Vizadan azad olunma haqqında ətraflı məlumat Belarusun Dövlət Sərhəd Komitəsinin internet saytında və Belarusun Sərhəd tətbiqində xüsusi bölmədə mövcuddur.
