ABŞ 41 tarixi əsəri Türkiyəyə geri qaytarıb

A- A A+

Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılan 41 tarixi əsər ABŞ tərəfindən Türkiyəyə geri qaytarılıb.

NUHÇIXAN bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-nin Nyu-York ştatının Manhetten Ərazi Prokurorluğunda təşkil olunan mərasimlə Türkiyəyə geri verilən əsərlərin təxmini dəyəri 8 milyon dollardan çoxdur.

Mərasimə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı və amerikalı rəsmilər qatılıblar.

Qeyd olunub ki, geri qaytarılan əsərlər beynəlxalq birgə tədqiqat nəticəsində qaçaqmalçıların əlindən xilas edilmiş əsərlərdir və bu, iki ölkə arasında tarixi əsər qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın vacibliyini sübut edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: