Litva Belarusun ölkədəki aktivlərini dondura və ya müsadirə edə bilər

A- A A+

Dekabrın ortalarında Litvanın Dövlət Müdafiə Şurası Belarusun ölkədə yerləşən hansı aktivlərinin dondurulacağı və ya müsadirə oluna biləcəyi məsələsini müzakirə edəcək.

NUHÇIXAN xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda bu barədə ölkənin Milli Teleradio Kompaniyasına bildirib. “Dövlət Müdafiə Şurasında hərtərəfli hava hücumundan müdafiə məsələsini müzakirə etdik. İndi isə şuranın növbəti iclasında qaldırılacaq digər məsələlərdən danışırıq. Biz Belarusun aktivlərini və bu sahədə hansı variantların olduğunu nəzərdən keçirəcəyik. Burada Belarusun Litvada yerləşən aktivlərinin dondurulması və ya müsadirə edilməsi imkanlarından söhbət gedir”, - deyə dövlət başçısı bildirib.

Dövlət Müdafiə Şurasının noyabr ayında keçirilən son iclasında Litvanın qarşıdakı üç il ərzində yüz milyonlarla avro dəyərində inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi hazırlayacağı açıqlanıb.

Qeyd edək ki, Litva və Belarus arasında münasibətlər oktyabr ayından etibarən pisləşib. Vilnüs paytaxtın hava limanının vaxtaşırı bağlanmasına səbəb olan hava şarları vasitəsilə Litvaya siqaret qaçaqmalçılığının artması fonunda Belarusla sərhəd keçidlərini noyabrın sonunadək bağlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: