Media: Fransa qiyamın yatırılmasında Beninə kömək edib

A- A A+

Fransa dövlət çevrilişi cəhdinin qarşısının alınmasında Benin hakimiyyətinə kömək edib. Paris vəziyyətin gedişini izləmək üçün Afrika ölkəsinə xüsusi təyinatlılar və kəşfiyyat təyyarəsi göndərib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı mənbələrinə istinadla məlumat yayıb. Jurnalın yazdığına görə, Fransa Prezidenti Emmanuel Makron dekabrın 7-də səhər saatlarında Benində baş verən hadisələrlə bağlı məlumatlandırılıb. Həmin gün Makron Benin Prezidenti Patris Talon ilə telefon əlaqəsi saxlayıb və ona çevriliş cəhdinin başladığı Kotonouda Fransa xüsusi təyinatlılarının döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib. Fransız kəşfiyyat orqanları da Benin hakimiyyətinə dəstək verib. Eyni zamanda, Fransa lideri Nigeriya Prezidentindən xahiş edib ki, vəziyyəti sabitləşdirmək üçün Beninə qoşun yeritsin.

Nəşr qeyd edir ki, Fransa və Benin son vaxtlar ölkədə artan terror təhlükəsi fonunda silahlı qüvvələr arasında əlaqələri gücləndirir. Uğursuz çevriliş cəhdi günü Beninin Baş Qərargah rəisi Parisdə işgüzar səfərdə olub. Bundan əvvəl isə o, Benin qoşunlarının təlim keçdiyi Fransa hərbi təlim mərkəzlərinə baş çəkib. Bununla belə, Paris və Porto-Novo Benində “operativ olaraq yerləşdirilən” Fransa hərbi bazalarının olmadığını iddia edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: