Çin məhkəməsi aviaqəzada itkin düşənlərin ailələrinə kompensasiya verilməsini tələb edir

A- A A+

Çin məhkəməsi “Malayziya Hava Yolları” şirkətindən 2014-cü ildəki təyyarə qəzasında itkin düşənlərin ailələrinə kompensasiya ödəməsini tələb edən qərar qəbul edib.

NUHÇIXAN xəbər verir ki, Pekinin Çaoyan rayon məhkəməsinin qərarına əsasən aviaşirkət qəzada itkin düşən 8 Çin vətəndaşının hər birinin ailəsinə 2,9 milyon yuan (təxminən 410 min ABŞ dolları) kompensasiya ödəməlidir. Qərar qəzada itkin düşən 8 sərnişinin yaxınlarının şikayəti əsasında başlanılan 8 işi əhatə edib.

“Malayziya Hava Yolları” Çin məhkəməsinin qərarına reaksiya verməyib.

İndiyədək “Malayziya Hava Yolları” ilə razılıq əldə edən 47 sərnişinin ailə üzvü şikayətini geri götürüb, 23 iş isə hələ də məhkəmə prosesindədir.

Qeyd edək ki, 2014-cü il martın 8-də Kuala-Lumpur - Pekin reysini (“MH370”) həyata keçirən “Boeing 777-200” təyyarəsi radarlardan itib. Göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı ehtimal edilir. Avstraliya, Çin və Malayziyanın birgə axtarışları heç bir nəticə vermədən 2017-ci ilin yanvarında dayandırılıb. İtkin düşmüş MH370 reysinin təhqiqatı üzrə Malayziya dövlət komissiyasının 2018-ci ilin iyulunda dərc etdiyi hesabata əsasən, laynerin radarlardan itməsinin səbəblərini tam şəkildə araşdırmaq mümkün olmayıb. Təyyarədəki sərnişinlərin üçdə ikisi Çin, qalanları Malayziya, İndoneziya, Avstraliya, Hindistan, ABŞ, Niderland, və Fransa vətəndaşları olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: