Çexiyanın yeni Baş naziri təyin edilib

A- A A+

Çexiya Prezidenti Pyotr Pavel “Narazı Vətəndaşlar Hərəkatı”nın sədri Andrey Babişi Baş nazir təyin edib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Praqa qəsrində keçirilən mərasim “TK” xəbər agentliyi tərəfindən yayımlanıb.

TASS-ın məlumatına görə, A. Babiş “Narazı Vətəndaşlar Hərəkatı”nı 2011-ci ildə təsis edib. O, 2014-2017-ci illərdə Çexiyanını Baş nazirinin birinci müavini və maliyyə naziri vəzifələrində çalışıb. Babiş ilk dəfə 2017-ci ildə hökumət başçısı olub və 2021-ci ilin sonunadək bu vəzifədə çalışıb.

“Narazı Vətəndaşlar Hərəkatı” 2025-ci il oktyabrın 3-4-də Çexiyada parlamentin Deputatlar Palatasına (aşağı palata) keçirilən seçkilərdə səslərin 34,1 faizini toplayaraq qalib gəlib,

Babişin hərəkatı aşağı palatadakı 200 yerdən 80-nə sahibdir və senatda 12 senatorla təmsil olunur. Ali qanunvericilik orqanının yuxarı palatası 81 senatordan ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: