Gürcüstan və Ermənistan parlamentariləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

A- A A+

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, söhbət zamanı regional əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafına yönəlmiş xarici siyasətin perspektivləri diqqət mərkəzində olub.

Şalva Papuaşvili qeyd edib ki, dünyada geosiyasi dəyişikliklər baş verir, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması perspektivləri yaranır.

Tərəflər Cənubi Qafqazdakı mövcud vəziyyəti və regional sülhün perspektivlərini müzakirə ediblər. Sarkis Xandanyan Gürcüstanın regional sülhün təşviqində göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Görüşdə, həmçinin Ermənistan və Türkiyə arasında davam edən danışıqlar və onların mümkün nəticələri müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: