Tailandla sərhəd münaqişəsi səbəbindən 50 mindən çox kambocalı evlərini tərk edib

A- A A+

Tailandla sərhəd münaqişəsi səbəbindən 50 mindən çox kambocalı evlərini tərk etmək məcburiyyətində qalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kambocanın İnformasiya Nazirliyinin məlumatında deyilir. “Tailandın Kambocaya hücumları səbəbindən dörd vilayətin sakinləri təhlükəsiz ərazilərə köçürülüblər. Köçkünlərin ümumi sayı 54 min 550 nəfərdir”, - deyə nazirliyin saytında yerləşdirilən bəyanatda bildirilir. Məlumata görə, dekabrın 9-da Tailand Silahlı Qüvvələri ölkənin qərbindəki Pousat əyalətində mülki əhalinin yaşadığı əraziləri artilleriya atəşinə tutub. Həmçinin Tailand Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Oddar-Miençey əyalətinin inzibati mərkəzi Samrounq şəhərini bombalayıb. Hava hücumları nəticəsində yaşayış binalarına və infrastruktur obyektlərinə ciddi zərər dəyib.

Kamboca Müdafiə Nazirliyinin son məlumatına görə, sərhəd toqquşmaları nəticəsində azı yeddi mülki şəxs həlak olub, 20-yə yaxın insan isə ağır yaralanıb.

Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: