ABŞ-nin Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə ABŞ-nin Ukrayna münaqişəsini sonlandırmaq barəsində təklifini oxumağı məsləhət görüb.
NUHÇIXAN xəbər verir ki, bunu Tramp "Politico"ya verdiyi müsahibədə bildirib.
"Zelenski təklifi oxumalıdır. Əgər onlar razılaşmanı oxumurlarsa, Rusiya ilə işləri çətin olacaq, çünki Rusiyanın üstünlüyü var. Onlar daha çoxdurlar və daha güclüdürlər", - D.Tramp deyib.
Avropa ölkələrinin danışıqlar prosesində iştirakı məsələsini şərh edərkən, Tramp deyib ki, "onlar işlərini görə bilmirlər".
"Avropa ölkələri heç bir şey etmirlər. Onlar danışırlar, lakin heç bir iş görmürlər. Müharibə hələ də davam edir. Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir", - ABŞ Prezidenti qeyd edib.
