Sudanda hərbi İl-76 yük təyyarəsi qəzaya uğrayıb, bütün heyət üzvləri həlak olub.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) mənbəyə istinadən xəbər yayıb.
Agentlik adı çəkilməyən mənbəyə istinadən bildirib ki, İl-76 təyyarəsi texniki nasazlıq səbəbindən Qırmızı dənizdəki Port Sudanda "Osman Diqna" aviabazasına enişə cəhd etdikdən sonra qəzaya uğrayıb.
Mənbə həmçinin bütün heyət üzvlərinin həlak olduğunu açıqlayıb.
Ölənlərin dəqiq sayı açıqlanmır.
