Kamboca və Tailand arasında baş verən sərhəd münaqişəsi səbəbindən 530 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
NUHÇIXAN xəbər verir ki, Kamboca Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin altı əyalətində 127 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Döyüşlər nəticəsində yeddi mülki şəxs həlak olub.
Tailandın hakimiyyət orqanları isə ölkənin sərhədyanı əyalətlərinin 400 mindən çox sakininin təxliyə edildiyini bildirib.
Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Dekabrın 9-da Tailand Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Oddar-Miençey əyalətinin inzibati mərkəzi Samrounq şəhərini bombalayıb. Hava hücumları nəticəsində yaşayış binalarına və infrastruktur obyektlərinə ciddi zərər dəyib. Son məlumatlara görə, döyüşlər nəticəsində Kamboca ordusunun azı yeddi, Tailand ordusunun isə beş əsgəri həlak olub.
